“Unimac” şirkəti 2002-cü ildən etibarən fərdi sahibkar kimi biznes fəaliyyətinə başlayıb. Fəaliyyətinin ilk illərində əsasən Bakı şəhərində tikinti sektorunda xırdavat malların satışını həyata keçirən şirkətimiz sonrakı illərdə biznes fəaliyyətlərini genişləndirərək bazarda geniş çeşidli malların satışını və servisini təşkil edir.Şirkətimiz 6 əsas kateqoriyada – Abraziv və qaynaq texnologiyası, Kimya texnologiyası, Boyalar, Elektrik malları, Xırdavat malları və Alətlər və avadanlıqlar üzrə dünya brendlerinin satışını həyata keçirir.
